İranda polisə atəş açmaqda təqsirləndirilən şəxs edam edilib
İranda ilin əvvəlində keçirilən kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinə atəş açmaqda təqsirləndirilən Siyavuş Cəmşidinin barəsində çıxarılan edam hökmü icra olunub.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Məlumata görə, Cəmşidi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açmaqda təqsirləndirilib. O, həmçinin dələduzluq, oğurluq, qanunsuz silah saxlama, adam qaçırmada iştirak, güc tətbiq etmə, ağır bədən xəsarətləri yetirmə və odlu silahdan istifadə ilə bağlı ittihamlarla üzləşib.
İran hakimiyyəti tərəfindən onun barəsində çıxarılan ölüm hökmünün icra edildiyi bildirilib.
19:56 03.10.2026
Oxunuş sayı: 46