Belqorodda PUA hücumundan sonra yanğınlar baş verib
Belqorod şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edildiyi və nəticədə şəhərdə yanğınların baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, hərbi müxbir Yuri Kotenok özünün “Telegram” kanalında bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhər ərazisində bir neçə yanğın qeydə alınıb.
Hazırda hadisə nəticəsində ölən və yaralananların, həmçinin dağıntı və zərərin olub-olmaması barədə məlumat yoxdur.
23:18 03.10.2026
Oxunuş sayı: 46