Ukrayna Aİ yardımlarına nəzarətin sərtləşdirilməsinə qarşıdır
Ukraynanın Avropa İttifaqından (Aİ) aldığı maliyyə yardımına nəzarətin gücləndirilməsini nəzərdə tutan islahatlarda maraqlı olmadığı iddia edilib.
Crossmedia.az xəbər verir ki, “RT” bu barədə məlumat yayıb.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) professoru Kirill Koktıç “RT”yə müsahibəsində bildirib ki, Kiyev Aİ tərəfindən vəd edilən maliyyə vəsaitlərini onsuz da aldığı üçün bu istiqamətdə əlavə islahatlar həyata keçirməkdə maraqlı deyil.
Ekspertin sözlərinə görə, Brüsselin Ukraynaya maliyyə yardımı məsələsində mövqeyini sərtləşdirməsi Avropa liderlərinin prinsipial mövqeyi ilə deyil, resursların azalması ilə bağlıdır. O, Aİ-nin Ukraynaya dəstək imkanlarının məhdudlaşmasına yanacağın yüksək qiymətlərinin də təsir etdiyini bildirib.
Bundan əvvəl Aİ-nin Ukraynaya göstərilən maliyyə yardımına nəzarəti gücləndirmək yollarını araşdırdığı bildirilmişdi. Avropa Parlamentinin deputatı Fernan Kartheyzer isə bir sıra amillərin Aİ-ni yardım üzərində daha effektiv nəzarət mexanizmləri axtarmağa vadar etdiyini qeyd edib.
22:54 03.10.2026
Oxunuş sayı: 44