ABŞ maliyyə naziri: İranın nefti bu həftə tükənə bilər
ABŞ maliyyə naziri Skot Bessent İranın neft ehtiyatlarının bu həftə tükənə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə Bessentə istinadən məlumat yayıb.
Bessentin sözlərinə görə, ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası ölkənin neft ixracına ciddi təsir göstərib. O bildirib ki, İranın neft ixracına başladığı dövrdən bəri ilk dəfə bu həftə yükləmə və dəniz yolu ilə daşınma üçün kifayət qədər neft ehtiyatı olmaya bilər.
ABŞ maliyyə naziri Hörmüz boğazında İran silahlı qüvvələrinin təsirinin azaldığını da iddia edib. Onun sözlərinə görə, ABŞ bu su yolundan 1,1 milyard barel neftin daşınmasını təmin edib.
Bessent həmçinin Vaşinqtonun İranı “görünməmiş bir şəkildə” təcrid etdiyini deyib.
20:27 03.10.2026
Oxunuş sayı: 43