Kreml Kiyevə meydan oxudu
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə Konstantinovkada görüş keçirmək təklifini dəstəkləməyib.
Crossmedia.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə ˝TASS˝ agentliyinə açıqlamasında bildirib: “Putin Zelenskiyə hər şeyi deyib və bütün təklifləri irəli sürüb. Həmçinin bir neçə dəfə təkrar edib ki, əgər Zelenski məsuliyyətli və ciddi danışmağa hazırdırsa – Kiyev rejimi bunun nə ilə bağlı olduğunu yaxşı bilir – o, istənilən vaxt Moskvaya gələ bilər və orada qəbul ediləcək”.
Peskov bəyan edib ki, Vladimir Putin bu məsələ ilə bağlı mövqeyini artıq dəfələrlə ifadə edib.
Beləliklə, Kreml Zelenskinin Konstantinovkada görüş təşəbbüsünə müsbət cavab verməyərək, danışıqlar üçün Moskvanı mümkün məkan kimi göstərib.
21:35 04.07.2026
Oxunuş sayı: 58