KİV: Pezeşkian Xameneini atəşkəs və ABŞ ilə danışıqlara razı salıb
İran Prezidenti Məsud Pezeşkian ali dini lider Müctəba Xameneini atəşkəsin elan edilməsinə və ABŞ ilə danışıqların davam etdirilməsinə razı salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Müctəba Xamenei əvvəlcə hər hansı razılaşmanın əleyhinə olub. Lakin Pezeşkian ölkə iqtisadiyyatının iflas həddinə çatdığını, ərzaq və dərman ehtiyatlarının isə bir neçə həftə ərzində tükənə biləcəyini bildirərək onu mövqeyini dəyişməyə inandıra bilib.
Qəzetin məlumatına görə, bundan sonra ali dini lider atəşkəs və Vaşinqtonla danışıqların davam etdirilməsinə razılıq verib.
17:47 04.07.2026
Oxunuş sayı: 51