Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək.
Xatırladaq ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.
10:02 03.10.2026
Oxunuş sayı: 48