Müəllimə verilən hədiyyə ilə bağlı QADAĞA: 61 manatdan baha olmamalıdır
Məktəblilər və onların valideynləri müəllimə bir neçə hədiyyə verə bilərlər, lakin onların hər birinin qiyməti 3 min rubldan (təxminən 61 manat) çox olmamalıdır.
Crossmedia.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Dmitri Svişşev bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib.
“Əgər müəllimə təşəkkür etmək istəyirsinizsə, ona ürəkdən bir hədiyyə verin, lakin qanun çərçivəsində”, - deyə o bildirib.
Deputatın sözlərinə görə, Rusiya Federasiyasının Mülki Məcəlləsinə əsasən, təhsil müəssisələrinin əməkdaşlarına dəyəri 3 min rubldan (təxminən 61 manat) çox olmayan adi hədiyyələr verilə bilər. Bu məhdudiyyət 2008-ci ildə müəyyən edilib.
Svişşev qeyd edib ki, limit ümumi məbləğə deyil, hər bir hədiyyəyə ayrıca tətbiq olunur.
10:43 03.10.2026
Oxunuş sayı: 57