İrandan Britaniya və Fransaya mühüm çağırış: Bundan çəkinin
İran Böyük Britaniya və Fransanı Hörmüz boğazına hərbi qüvvə yerləşdirməkdən çəkinməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi X sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, İran Hörmüz boğazının təhlükəsizliyinin təminatçısı kimi bu strateji su yolunda istənilən hərbi fəaliyyətə qarşı xəbərdarlıq edir.
“İran məsuliyyətli dövlət və boğazın təhlükəsizliyinin təminatçısı kimi bu su yolunda istənilən hərbi fəaliyyətdən çəkinməyə çağırır. Hörmüz boğazının təhlükəsizliyi sahilyanı dövlətlər tərəfindən təmin olunur”, – deyə Qəribabadi vurğulayıb.
İran rəsmisi, həmçinin Fransa Prezidenti Emmanuel Makronun Fransa, Oman və digər ölkələrin boğazın minalardan təmizlənməsi ilə bağlı əməkdaşlıq edəcəyi barədə açıqlamasını təkzib edib.
Qəribabadi qeyd edib ki, Hörmüz boğazında minalardan təmizləmə işləri yalnız İran tərəfindən həyata keçiriləcək.
17:32 04.07.2026
Oxunuş sayı: 51