Hörmüzdə tankerə hücum edildi- Yanğın baş verdi
Hörmüz boğazından keçən neft tankerinə mərmi düşüb.
Crossmedia.az xəbər verir ki, “UKMTO” bu barədə məlumat yayıb.
Məlumata görə, neft tankerinin kapitanı gəmi Hörmüz boğazından keçərkən mərminin gəmiyə dəydiyini bildirib.
Hadisədən sonra gəmidə qısa müddət ərzində kiçik yanğın baş verib və elektrik enerjisi kəsilib. Yanğın artıq söndürülüb.
Gəmi hərəkətini davam etdirir.
23:02 02.10.2026
Oxunuş sayı: 41