Rusiya liderinə T-72 bazasında yaradılan pilotsuz maşınlar təqdim olundu
Rusiya Prezidenti Vladimir Putinə T-72B3M tankının şassisi əsasında hazırlanmış pilotsuz döyüş maşınları nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Məlumata görə, Putin Çelyabinsk vilayətində yerləşən “Çebarkulski” poliqonunda yeni hərbi texnikanın modelləri ilə tanış olub.
Təqdim olunan pilotsuz texnikanın iki fərqli döyüş modulu ilə təchiz edildiyi bildirilib. Onlardan biri tank tipli, digəri isə tankları dəstəkləyən döyüş maşını (BMPT) tipli moduludur.
Bundan əvvəl Putinə reaktiv mühərriklərlə təchiz edilmiş yenilənmiş “Geran-4” və “Geran-5” pilotsuz uçuş aparatları da nümayiş etdirilib. Yeni modellərin əsas xüsusiyyətlərindən birinin uçuş sürətinin artırılması olduğu bildirilib.
21:52 02.10.2026
Oxunuş sayı: 45