İran ABŞ-yə qarşı cavab planlarını genişləndirir
İran ABŞ-nin yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlaması halında əvvəlkindən daha güclü və genişmiqyaslı cavab verməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə İran rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İranın yüksək rütbəli hərbi komandirləri ABŞ ilə əlaqəli hədəflərlə yanaşı, Vaşinqtonun hərbi əməliyyatlarını dəstəkləyən ölkələrdə və Yaxın Şərqdən kənarda yerləşən mümkün hədəflərə zərbələr endirilməsini nəzərdə tutan planları nəzərdən keçirirlər.
İran rəhbərliyinin Livan, Yəmən və İraqdakı müttəfiq qruplara da ABŞ-nin yeni genişmiqyaslı hücumu baş verəcəyi təqdirdə koordinasiyalı cavaba hazır olmaları barədə göstəriş verdiyi bildirilir.
Bununla belə, İran rəhbərliyi mümkün cavabın miqyası və vaxtı ilə bağlı hələ yekun qərar qəbul etməyib. Məlumata görə, Tehran diplomatik kanalları da açıq saxlayır və münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.
20:06 02.10.2026
Oxunuş sayı: 38