Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırdı
Kişinyovdakı Rus Evi iyulun 4-dən etibarən rəsmi olaraq fəaliyyətini dayandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rossotrudniçestvo rəhbəri İqor Çayka məlumat verib.
Onun sözlərinə görə, təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar Moldova hakimiyyəti tərəfindən hələ 2025-ci ilin dekabrında qəbul edilib.
Moldova rəsmiləri bu addımı ölkədə Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması zərurəti ilə əsaslandırıblar.
17:37 04.07.2026
Oxunuş sayı: 67