Sırskidən qorxudan xəbərdarlıq: Rusiya ən böyük hücumuna hazırlaşır
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Rusiyanın Ukraynaya qarşı yeni genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücumlara hazırlaşdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya hücum potensialını artırır, xüsusilə reaktiv pilotsuz uçuş aparatlarının və kamikadze dronların sayını çoxaldır.
Sırski qeyd edib ki, Ukrayna da buna cavab olaraq hava hücumundan müdafiə sistemlərini, mobil atəş qruplarını və radioelektron mübarizə vasitələrini gücləndirir. Eyni zamanda, Ukrayna ordusu Rusiyanın dərin arxa cəbhəsində yerləşən hərbi obyektlərə zərbələr endirməyə davam edir.
Baş komandan vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və hava hücumlarının qarşısının alınması hazırda Ukrayna ordusunun əsas prioritetlərindən biridir.
19:29 04.07.2026
Oxunuş sayı: 62