Rusiyadan Ukraynaya: atəşi dayandıraq
Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinə Konstantinovka şəhərində atəşlərin müvəqqəti dayandırılması ilə bağlı təklif irəli sürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Rusiya tərəfi həmin ərazidə həlak olmuş ukraynalı hərbçilərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib. Bu məqsədlə Ukrayna Silahlı Qüvvələrinə saat 12:00-dan 18:00-a qədər şəhərdə atəşin dayandırılması təklif olunub.
Bundan əvvəl Rusiya tərəfi Konstantinovkanın ələ keçirildiyini iddia etmişdi. Lakin Ukrayna rəsmiləri bu məlumatı təkzib edərək şəhərin statusu ilə bağlı açıqlamanın doğru olmadığını bildirmişdi.
22:05 04.07.2026
Oxunuş sayı: 62