Nəhəng hava şarı Braziliyada sakinləri qorxuya salıb
Braziliyanın San-Paulu şəhəri yaxınlığında “balão” kimi tanınan nəhəng pilotsuz hava şarı görünüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ənənəvi olaraq istifadə edilən bu cür hava şarları üzərində bannerlər, bəzi hallarda isə fişənglər daşıya bilir. Bu dəfə isə ehtimala görə, şarın üzərindəki banner havada cırılıb.
Dumanlı hava şəraitində göydə burularaq parçalanan nəhəng parça görüntüsü hadisəni olduğundan daha apokaliptik göstərib.
10:55 04.10.2026
Oxunuş sayı: 43