Hücumlarda ölən fələstinlilərin sayı 30-a çatıb
İlin əvvəlindən işğal olunmuş İordan çayının qərb sahilində Fələstin torpaqlarını qanunsuz zəbt edən israilli məskunlaşanların hücumları nəticəsində 30 fələstinli həyatını itirib.
Crossmedia.az xəbər verir ki, Fələstinin Ayrılma Divarı və Məskunlaşmalara Qarşı Mübarizə Komissiyası bu barədə məlumat yayıb.
Məlumata görə, oktyabrın 2-dək israilli qanunsuz məskunlaşanların hücumları nəticəsində ölən fələstinlilərin sayı 30-a çatıb. Bu göstərici artıq 2022-ci ildən başlayaraq əvvəlki illərin hər birində qeydə alınan illik ölüm sayını ötüb.
12:58 04.10.2026
Oxunuş sayı: 54