Türkiyə müdafiə sənayesində yeni mərhələyə keçir
Türkiyə müdafiə sənayesində əldə etdiyi uğurları davam etdirir. Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin bu sahədə böyük dəyişikliklərə imza atdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bu barədə Şanlıurfa GAP Hava Limanında keçirilən TEKNOFEST festivalında çıxışı zamanı danışıb.
Türkiyə lideri ölkəsinin müdafiə sənayesində “tam bir inqilab” həyata keçirdiyini və bu istiqamətdə uğurların davam etdiyini qeyd edib.
12:17 04.10.2026
Oxunuş sayı: 53