Somalidən İsrailə sərt mesaj: “Ölkəmizdə varlığınıza icazə verməyəcəyik”
Somali Prezidenti Həsən Şeyx Mahmud İsrailin ölkə ərazisində hər hansı formada mövcudluğuna heç bir halda icazə verməyəcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, “Əl-Cəzirə” bu barədə məlumat yayıb.
Mahmud telekanala müsahibəsində İsrailin Somalilandın Berbera şəhərində hərbi-dəniz bazası yaratmağı və şəhərin hava limanından istifadə etməyi planlaşdırdığını iddia edib. Onun sözlərinə görə, bu addımların əsas məqsədi İsrailin Fars körfəzi ölkələrinə və İrana daha da yaxınlaşmasıdır.
Somali prezidenti İsrailin Somalilandı tanımasını da tənqid edib. Somali hökuməti Somalilandı ölkəsinin ayrılmaz hissəsi hesab edir. İsrail isə 2025-ci ilin dekabrında Somalilandın müstəqilliyini tanıyan ilk BMT üzvü olub.
“Ölkəmizdə heç bir halda İsrailin mövcudluğuna icazə verməyəcəyik”, - deyə Mahmud bildirib. O, həmçinin İsrailin Somalilanddakı addımlarının Somali ərazisini Yaxın Şərqdəki münaqişələrə cəlb etmək məqsədi daşıdığını vurğulayıb.
11:48 04.10.2026
Oxunuş sayı: 41