Mənzil böhranına etirazlar 50 şəhərə yayıldı
İspaniyada mənzil böhranına etiraz edən minlərlə insan küçələrə çıxıb.
Crossmedia.az xəbər verir ki, kirayəçilər həmkarlar ittifaqlarının çağırışı və sol təşkilatların dəstəyi ilə ölkənin 50 şəhərində etiraz aksiyaları keçirilib.
Ən böyük aksiya paytaxt Madriddə baş tutub. Minlərlə nümayişçi şəhərin mərkəzindən Kibeles meydanına doğru yürüş edərək mənzil böhranının həllini tələb edib.
Etirazçılar kirayə haqlarının 50 faiz azaldılmasını, müddətsiz icarə müqavilələrinin tətbiqini və spekulyativ fondların əlində olan daşınmaz əmlakın milliləşdirilməsini tələb ediblər. Aksiya iştirakçıları həmçinin ümumi tətilə çağırış edən plakatlar qaldırıblar.
11:51 04.10.2026
Oxunuş sayı: 43