Sabiq XİN başçısı: ABŞ İrana qarşı fəlakətli məğlubiyyətə uğrayıb
ABŞ İranla qarşıdurmada fəlakətli məğlubiyyətə uğrayıb.
Crossmedia.az xəbər verir ki, bunu Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer Funke media qrupuna müsahibəsində deyib.
Onun sözlərinə görə, İran nüvə proqramını inkişaf etdirməyə davam edəcək və bu prosesin qarşısını almaq mümkün olmayıb.
Fişer bildirib ki, İran hələ də Hörmüz boğazına nəzarəti əlində saxlayır və bununla qlobal iqtisadiyyata təsir göstərmək imkanını qoruyur. O qeyd edib ki, bu amil Tehranın regiondakı strateji mövqeyini zəiflətməyib.
18:53 04.07.2026
Oxunuş sayı: 61