İstehlakçılara satılan qazın keyfiyyət göstəricilərinin yoxlanılması qaydası dəyişib
Prezident İlham Əliyev 8 iyul 2025-ci il tarixli "Qaz təchizatı haqqında" qanununun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı yeni fərman imzalayıb.
Bununla "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi"nə dəyişiklik edilib. Belə ki, istehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, istilik yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlayır və nəticələri barədə istehlakçılarla, yanaşı qaz nəqli sistem operatoruna, qazpaylayıcı sistem operatoruna, topdan və pərakəndə satıcıya məlumat verməlidir.
İndiyədək bununla bağlı qaz paylayıcısına məlumat verilirdi.
"Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"na edilən dəyişikliklə Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət subyektlərinin illik gəlir və xərclər smetalarının razılaşdırılmasında, eləcə də onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək səlahiyyəti verilib.
12:34 03.07.2026
Oxunuş sayı: 53