Slovakiyada Fikonun ömürlük ödənişlərinin ləğvi ilə bağlı referendum keçirilir
Slovakiyada şənbə günü Baş nazir Robert Fikonun ömürlük dövlət ödənişlərindən məhrum edilməsi məsələsini də əhatə edən referendum keçirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, səsverməyə çıxarılan bülletendə vətəndaşlara iki sual təqdim olunub.
Birinci sualda seçicilərdən "Robert Fiko da daxil olmaqla, keçmiş yüksək vəzifəli şəxslərə verilən ömürlük dövlət ödənişlərinin ləğvini dəstəkləyirsinizmi?" sualına cavab vermələri xahiş olunur.
İkinci sualda isə "Xüsusi Prokurorluğun və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin yenidən fəaliyyətə başlamasını dəstəkləyirsinizmi?" sualı yer alıb.
18:36 04.07.2026
Oxunuş sayı: 57