Bizə yalvarmaq növbəsi Kiyevdədir - Tusk sərt danışdı
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Varşava ilə Kiyev arasında münasibətlərin bərpası istiqamətində ilk addımı Ukrayna atmalıdır.
Crossmedia.az bu barəd xarici mediaya istinadən xəbər verir.
“Prezident Zelenskinin uğursuz qərarından sonra Ukraynanın ilk addımı atacağını gözləyirik. Kiyevdən çox aydın siqnal eşitmək yaxşı olardı. Onlar müəyyən səylər göstərirlər, lakin biz bu siqnalın daha açıq və qəti şəkildə verilməsini istərdik”, – deyə Tusk bildirib.
Polşa Baş naziri əlavə edib ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün Kiyevin konkret təşəbbüs göstərməsi vacibdir.
21:15 04.07.2026
Oxunuş sayı: 62