Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 9 % azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət qurumlarına 457 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Crossmedia.az-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.
Kibertəhdidlərin 306-sı daxili araşdırma, 156-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyunda isə 38 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
16:42 03.07.2026
Oxunuş sayı: 59