Prezidentin qızları Vyetnamda
Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar da Vyetnam Sosialist Respublikasına səfər ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Arzu Əliyeva sosial media hesabında paylaşım edib. O, Leyla Əliyeva ilə birgə fotosunu yayımlayaraq Hanoyda olduqlarını bildirib.
Qeyd edək ki, dövlət başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə hazırda Vyetnam Sosialist Respublikasında səfərdədir.

19:30 20.11.2026
Oxunuş sayı: 106