Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpasına başlayıb
Ermənistan Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpasına başlayıb.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, artıq Gümrü–Axurik istiqamətində Türkiyə sərhədinə, eləcə də Yerasx istiqamətində Azərbaycan sərhədinə gedən dəmir yolu hissələrinin bərpası üzrə işlərə start verilib.
Paşinyan qeyd edib ki, digər dəmir yolu sahələri ilə bağlı müzakirələr davam etdiriləcək. O əlavə edib ki, bu məsələdə Rusiya ilə də işçi səviyyəsində danışıqlar aparılacaq və Ermənistanın mövqeyi dəyişməyib.
08:02 03.07.2026
Oxunuş sayı: 57