Almaniyada Puşkinin abidəsi oğurlanıb
Almaniyanın Hemer şəhərində rus şairi Aleksandr Puşkinin bürüncdən hazırlanmış abidəsi oğurlanıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Almaniyadakı səfirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, hündürlüyü təxminən 1,8 metr olan bürünc heykəl rusiyalı heykəltəraş Qriqori Pototski tərəfindən hazırlanıb və Hemer şəhərinə onun Rusiyadakı qardaşlaşmış şəhəri Şolkovo tərəfindən hədiyyə edilib.
Rusiya səfirliyi oğurluq faktı ilə bağlı Hemer şəhər rəhbərliyi və Almaniyanın hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını bildirib. Diplomatik nümayəndəlik hadisəni törədən şəxslərin qısa müddətdə müəyyən edilərək saxlanılacağına və abidənin əvvəlki yerinə qaytarılacağına ümid etdiyini qeyd edib.
09:39 02.07.2026
Oxunuş sayı: 48