Pakistan ordusunun mövqeləri raket hücumuna məruz qalıb
Pakistanın Mir Ali bölgəsində ordunun mövqelərinə raket hücumu edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti "İttihad-ul-Mücahidin Pakistan" (IMP) adlı silahlı qruplaşma öz üzərinə götürüb.
Qruplaşma Pakistan Ordusunun mövqelərinə raket zərbələri endirdiyini iddia edib.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik rəsmi məlumat verilməyib. Pakistan ordusu da insidentlə bağlı rəsmi açıqlama yaymayıb.
08:57 02.07.2026
Oxunuş sayı: 50