Rusiya Gürcüstan, Abxaziya və Osetiya arasında hüquqi saziş tələb edib
Rusiya Cenevrədə keçirilən Beynəlxalq Təhlükəsizlik və Sabitlik üzrə 67-ci Görüşlərdə Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında gücdən istifadə edilməməsini nəzərdə tutan hüquqi qüvvəyə malik sazişin imzalanmasını təklif edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüş BMT, ATƏT və Avropa İttifaqının həmsədrliyi ilə keçirilib.
İclasda Abxaziya, Gürcüstan, Cənubi Osetiya, Rusiya və ABŞ nümayəndələri iştirak ediblər.
Moskva hesab edir ki, belə bir saziş danışıqlar prosesinə yeni təkan verəcək və regionda sabitliyin möhkəmlənməsinə töhfə verəcək.
07:20 02.07.2026
Oxunuş sayı: 43