Çin hərbçiləri Rusiya ordusuna gizli təlim keçib
Çinli hərbi mütəxəssislər Rusiya hərbçiləri üçün gizli təlim proqramı həyata keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, təlimlər Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin razılığı ilə təşkil olunub və prosesdə azı dörd rusiyalı və çinli general iştirak edib.
Üç həftə davam edən hazırlıq zamanı çinli təlimatçılar rusiyalı hərbçilərə kimyəvi və radioloji kəşfiyyat, həmçinin ventilyasiya sistemlərinin radioaktiv çirklənmədən qorunması ilə bağlı kurs keçiblər.
07:05 02.07.2026
Oxunuş sayı: 44