Almaniya müharibəyə hazırlığı sürətləndirir – Yeni qanunlar qəbul edildi
Almaniya hökuməti ehtiyat hərbi qüvvələrin gücləndirilməsi və hərbi infrastrukturun tikintisinin sürətləndirilməsini nəzərdə tutan qanun layihələrini təsdiqləyib.
Crossmedia.az bi barədə xarici mediaya istinadən xəbər verir.
Müdafiə naziri Boris Pistorius bildirib ki, yeni qaydalara əsasən, indiyədək qüvvədə olan iki tərəfli könüllülük prinsipi ləğv edilir. Bu prinsipə görə, ehtiyatda olan hərbçinin xidmətə çağırılması üçün həm onun, həm də işəgötürənin razılığı tələb olunurdu. Yeni qanun bu tələbi aradan qaldırır.
Nazirin sözlərinə görə, ehtiyatda olan hərbçilər gələcəkdə ölkənin rəsmi müdafiə vəziyyəti elan edilmədən də, o cümlədən hibrid təhdidlər zamanı xidmətə çağırıla biləcəklər.
Hökumətin təsdiqlədiyi digər qanun layihəsi isə Almaniya ordusu üçün yeni hərbi obyektlərin tikintisi ilə bağlı qərarların qəbulunu sürətləndirməyi və infrastruktur layihələrinin həyata keçirilməsini asanlaşdırmağı nəzərdə tutur.
23:51 01.07.2026
Oxunuş sayı: 53