Bir həftədə üç dəfə timsah hücumu baş verdi, ölənlər var
ABŞ-nin Florida ştatında insanlara qarşı timsah hücumlarının artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝CNN˝ məlumat yayıb.
Məlumata görə, ötən həftə üç belə hadisə qeydə alınıb. Hadisələrdən birində 31 yaşlı qadın həyatını itirib, digər iki nəfər — onlardan biri azyaşlı olmaqla — müxtəlif dərəcəli xəsarətlər alıb.
Yerli rəsmilər hücumların sayındakı artımın səbəbini hələlik izah edə bilmədiklərini bildiriblər.
23:06 01.07.2026
Oxunuş sayı: 54