Moskvadan Kiyevə: Bu şərtlər yerinə yetirilməsə, danışıqlar olmayacaq
Rusiya Ukrayna ilə bağlı danışıqları yalnız həqiqi şəkildə sülhə maraqlı olan tərəflərlə aparacağını bildirib və Moskvanın şantaj və ultimatumları qəbul etmədiyini vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, Ukraynanın münaqişənin həlli üçün Donbasdan qoşunlarını çıxarması lazım ola bilər.
Rusiyanın iddiasına görə, Kiyev sülhə can atmır və Qərb Ukrayna rəhbərliyinə eskalasiyanı davam etdirmək tapşırığı verib.
Həmçinin qeyd olunub ki, Kiyev Qərbin göstərişi ilə Rusiyanın yaxın müttəfiqlərini münaqişəyə cəlb etməyə çalışır.
22:18 01.07.2026
Oxunuş sayı: 52