Mariya Zaxarovadan Londona görünməmiş istehza: Sizi incitməkdən qorxurduq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya parlamentinin tərkibi ilə bağlı baş nazir Kir Starmerin açıqlamasına ironik münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Starmerin parlamenti dünyada ən çox cinsi azlıq nümayəndəsi olan parlament kimi təsvir etməsinə reaksiya verən Zaxarova bildirib ki, bu uğura görə onları təbrik etməyə çəkinirdilər ki, kimisə incitməsinlər.
Diplomat “Komsomolskaya Pravda”-ya verdiyi şərhdə deyib: Səmimi heyranlığımızı qəbul edin və əldə olunanlarla kifayətlənməyin. Downing Street-dəki yeni komanda da eyni dərəcədə iddialı məqsədlər qoysun.
21:48 01.07.2026
Oxunuş sayı: 44