Qazaxıstanın gizli yardım planı ifşa olundu
Qazaxıstanın iyul–avqust aylarında Rusiyaya təxminən 50 min ton Aİ-92 və Aİ-95 benzin tədarük etməyə hazırlaşdığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu addım Rusiya tərəfinin müraciəti əsasında həyata keçirilə bilər.
Yanacağın əsasən Pavlodar neft emalı zavodu və Kondensat zavodundan göndərilməsi planlaşdırılır.
Qazaxıstanda Moskvanın bu müraciəti tam məmnuniyyətlə qarşılanmayıb. Buna səbəb Rusiyada daxili bazarda yaranan benzin qıtlığıdır.
Eyni zamanda bildirilir ki, Astana üçün əsas risklərdən biri daxili yanacaq balansının qorunması və Rusiya ilə əməliyyatlarda mümkün sanksiya riskləridir.
21:02 01.07.2026
Oxunuş sayı: 48