Putinin yanında görünən qırmızı qovluqlar şübhə doğurdu
Rusiya Prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurası ilə keçirilən iclasında masa üzərində bir neçə qırmızı qovluğun görünməsi diqqət çəkib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bəzi Şura üzvlərinin qarşısında və prezidentin öz əlində də qırmızı qovluqlar olub, lakin onların məzmunu açıqlanmayıb.
İclasın əsas mövzusu kimi Kalininqrad vilayətinin sosial-iqtisadi inkişaf məsələləri müzakirə edilib.
Qeyd olunur ki, Kalininqrad Rusiya ilə NATO arasında mümkün gərginlik nöqtələrindən biri hesab olunur. Vladimir Putin daha əvvəl bölgənin istənilən vasitə ilə qorunacağını bəyan etmişdi.
20:22 01.07.2026
Oxunuş sayı: 46