Zelenskidən Avropaya mesaj: İndi qərar vaxtıdır
Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin açılış mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.
Crossmedia.az bu barədə xarici mediaya istanadən xəbər verir.
Səfər çərçivəsində Zelenskinin İrlandiyanın Baş naziri Mixol Martin və Aİ Şurasının Prezidenti Antonio Koşta ilə görüşləri planlaşdırılır.
Səfərin məqsədlərindən danışan Zelenski bildirib ki, Ukrayna hər gün Avropanın ayrılmaz hissəsi olmağa layiq olduğunu sübut edir.
“Ümid edirik ki, İrlandiyanın Aİ Şurasına sədrliyi dövründə üzvlük yolunda nəzərəçarpacaq irəliləyiş əldə edəcəyik və danışıqlar üzrə bütün klasterləri açmağa nail olacağıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
20:14 01.07.2026
Oxunuş sayı: 57