Reuters: Rusiya yanacaq böhranı fonunda Hindistandan benzin almağa başlayıb
Rusiya ölkədə yaranmış yanacaq çatışmazlığı fonunda Hindistandan benzin idxalına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, idxal qərarı Rusiyada yanacaq bazarında yaranan gərginlik və daxili tələbatın ödənilməsi zərurəti ilə əlaqədardır.
Reuters qeyd edir ki, bu addım Rusiyanın uzun illərdən sonra ilk dəfə Hindistandan benzin tədarükünə başlaması baxımından diqqət çəkir.
17:08 01.07.2026
Oxunuş sayı: 56