EAEU ölkələrinin bankları rus rublu ilə nağd əməliyyatlara məhdudiyyətləri sərtləşdirib
Avrasiya İqtisadi İttifaqına (EAEU) daxil olan bir sıra ölkələrin bankları rus rublu ilə nağd vəsaitlərin qəbuluna dair şərtləri sərtləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Məlumata görə, Belarusiyada ən azı səkkiz bank nağd rublun hesablara mədaxili üçün 2–5% arası komissiya tətbiq edib. Qazaxıstanda “Bank CenterCredit” 5% komissiya müəyyənləşdirib, Qırğızıstanda isə “Ekoislam Bank” SWIFT köçürmələri üzrə oxşar rüsum tətbiq edib.
Bəzi Ermənistan bankları isə müvəqqəti olaraq nağd rubl qəbulunu dayandırıb, lakin nağdsız əməliyyatlar əvvəlki qaydada davam etdirilir.
Maliyyə bazarı iştirakçılarının məlumatına görə, bu addımların səbəbi dövriyyədə olan nağd rus rublunun həddindən artıq çoxalmasıdır. Banklar isə bu vəsaitlərin saxlanması, daşınması və yoxlanılması üçün əlavə xərclərlə üzləşirlər, eyni zamanda Rusiya xaricində nağd rubla tələbatın aşağı olduğu bildirilir.
16:43 01.07.2026
Oxunuş sayı: 57