Zalujnı Zelenskiyə prezidentliyə namizəd olacağını bildirib
Ukraynanın sabiq baş komandanı, hazırda Böyük Britaniyada səfir vəzifəsini icra edən Valeri Zalujnının prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “Ukrainska Pravda” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, bu ilin iyun ayında Kiyevdə baş tutan görüş zamanı Volodimir Zelenski mümkün payız seçkiləri üçün “imkan pəncərəsi”nin yarana biləcəyini qeyd edib, lakin əsas prioritetin ölkə daxilində parçalanmanın qarşısını almaq olduğunu vurğulayıb.
Bildirilir ki, görüş zamanı birbaşa şəkildə namizəd olub-olmayacağı soruşulub və o, “bəli, olacağam” cavabını verib.
Daha sonra Zalujnı ilə Rustem Umerov və David Arakhamia görüşərək onu seçkilərdə iştirakdan çəkindirməyə çalışıblar. Lakin mənbələrə görə, Zalujnı mövqeyini dəyişməyib.
15:54 01.07.2026
Oxunuş sayı: 47