Rusiya: İlin əvvəlindən 64 minə yaxın Ukrayna dronu zərərsizləşdirilib
2026-cı ilin ilk altı ayı ərzində hava hücumundan müdafiə qüvvələri azı 63 933 Ukrayna pilotsuz uçuş aparatını vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə RIA Novosti hesablamalarına istinadən məlumat yayıb.
Məlumata görə, məhv edilən dronların təxminən yarısı may və iyun aylarının payına düşüb. Belə ki, mayda 14 195, iyunda isə 17 832 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bildirilir ki, bir sutka ərzində ən yüksək göstərici mayın 17-də qeydə alınıb. Həmin gün Rusiya tərəfi 1 054 PUA-nın vurulduğunu açıqlayıb.
Məlumata əsasən, ən çox hücuma məruz qalan bölgələr Belqorod, Kursk və Bryansk vilayətləri, eləcə də Rusiyanın nəzarətində olan Krım olub. İlk onluğa Moskva vilayəti, Rostov vilayəti və Krasnodar diyarı da daxil edilib.
15:48 01.07.2026
Oxunuş sayı: 39