“YMCA” hitinin ifaçısı Viktor Uillis vəfat edib
ABŞ-ın məşhur "Village People" qrupunun solisti və “YMCA” mahnısının həmmüəllifi Viktor Uillis 75 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə qrupun rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.
Bildirilib ki, Viktor Uillis qısa, lakin ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, “YMCA” mahnısı ABŞ Prezidenti Donald Trampın seçki mitinqlərində mütəmadi səsləndirilirdi. Tramp çıxışlarının sonunda bu mahnının sədaları altında rəqs hərəkətləri etməsi ilə də diqqət çəkirdi.
01:34 02.07.2026
Oxunuş sayı: 49