Ermənistan Ədliyyə Nazirliyi seçkilərin nəticələrinin ləğvi üçün əsas görmür
Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, Konstitusiya Məhkəməsinə təqdim olunan materiallarda iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsas yoxdur.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, məhkəməyə müraciət edən siyasi qüvvələrin təqdim etdiyi faktlar seçkilərin etibarsız sayılması üçün kifayət etmir.
“Seçkilərin etibarsız elan olunması üçün tərəflərin təqdim etdiyi faktlarda əsas yoxdur”, – deyə Qalyanın sözləri yerli KİV tərəfindən sitat gətirilib.
Qalyan qeyd edib ki, seçkiqabağı təşviqat dövründə kütləvi şəkildə rüşvət verilməsi ilə bağlı siyasi qüvvələrdən birinin səsləndirdiyi iddia ilə razıdır. Bununla belə, o hesab edir ki, bu hal seçkilərin nəticələrinin ləğvi üçün hüquqi əsas sayıla bilməz.
14:13 30.06.2026
Oxunuş sayı: 47