CROSSMEDIA - "Samsung" "Galaxy S25 Slim": innovativ və incə dizaynla gəlir
Texnologiya

"Samsung" "Galaxy S25 Slim": innovativ və incə dizaynla gəlir

"Samsung"un flaqman "S" seriyasına yeni bir üzv əlavə edəcəyi ilə bağlı iddialar getdikcə güclənir. Unudanlar üçün, "Galaxy S25 Slim" modelinin 6.66 düymlük ekran ölçüsü və dizayn baxımından "S25 Plus"-a bənzər bir quruluşda təqdim ediləcəyi deyilmişdi. Ən diqqətçəkən xüsusiyyəti isə incə və yüngül quruluşu olacaq. Son olaraq bu model, "Samsung"-a aid marketinq görüntülərində də aşkar edilib.

Yayılan fotoya baxdığımızda, "Samsung"-un növbəti təqdimat tədbirinin 22 yanvar 2025 tarixinə planlaşdırıldığını görürük və dörd müxtəlif telefon sıralanıb. Bunlardan üçünün "Galaxy S25", "S25+" və "S25 Ultra" olduğu artıq məlumdur. Dördüncü model isə çox güman ki, "Galaxy S25 Slim" və ya "SE" versiyası olacaq.

"Galaxy S25 Slim" ilə bağlı detallar hələ məhduddur, lakin "Slim" etiketi bu modelin mövcud "Galaxy" flaqmanlarından xeyli incə olacağını və bunun bəzi xüsusiyyətlərin azaldılması ilə nəticələnəcəyini göstərir. Yaxın zamanda telefonun 1/1.56” ölçüsündə və 200 MP çözünürlüklü yeni "ISOCELL HP5" sensorla tanıdılacağı paylaşılıb.

Bu kameraya 50 MP 1/2.76" "ISOCELL JN5" ultra geniş bucaqlı sensor və eyni sensoru ehtiva edən 3.5x yaxınlaşdırma qabiliyyətinə malik periskop telefoto kamera müşayiət edəcək. "Samsung Galaxy S25 Slim" modelinin ABŞ-da "SM-S937U" seriya nömrəsi ilə satışa çıxacağı, qlobal modelin isə "SM-S937B/DS" seriya nömrəsi ilə təqdim ediləcəyi bildirilir. Buna görə də məhdud sayda istehsal ediləcəyi üçün hər bazarda tapmaq mümkün olmaya bilər.

Emil Nağızadə

19:14 19.12.2024

Oxunuş sayı: 8592

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR