Texnologiya

"Apple" İndoneziyada yeni istehsal müəssisələri qurur

İndoneziya Prezidenti Prabovo Subianto, "Apple"ın 1 milyard dollarlıq investisiya təklifini təsdiqləyib. Bu təklif çərçivəsində "Apple", Sinqapura yaxın sərbəst ticarət zonası olan Batam adasında yeni bir istehsal müəssisəsi quracaq. Bu müəssisənin "AirTag" istehsalına fokuslanması və dünya üzrə "AirTag" istehsalının 20%-ni qarşılaması planlaşdırılır. İlkin mərhələdə təxminən min nəfərə iş imkanı yaradacaq olan bu müəssisə, "Apple"ın Endoneziyadakı mövqeyini gücləndirməyi hədəfləyir.

Batamla yanaşı, Qərbi Cava bölgəsinin paytaxtı Bandunqda başqa bir istehsal müəssisəsi də tikiləcək. Bu müəssisənin müxtəlif "Apple" aksesuarlarının istehsalında iştirak edəcəyi gözlənilir. Bundan əlavə, "Apple" bölgədə yaradacağı akademiyalar vasitəsilə tələbələrə kodlaşdırma kimi texniki bacarıqlar qazandırmağı məqsəd götürür. Bu addımlar, "Apple"ın Endoneziya ilə əlaqələrini möhkəmləndirmək üçün atdığı mühüm addımlar sırasında yer alır.

İnvestisiya planının təsdiqlənməsi ilə "iPhone 16" qadağasının ləğv olunacağı gözlənilir. Lakin satışların nə vaxt başlayacağına dair dəqiq bir tarix açıqlanmayıb.

Prezident Prabovo, İqtisadi İşlər üzrə Koordinasiya Nazirliyinə razılaşmanın şərtlərini yekunlaşdırmaq tapşırığını verib. Lakin Endoneziyanın keçmişdə bənzər razılaşmaları yenidən nəzərdən keçirməyə meyilli olduğu məlumdur, buna görə də proses hələ tam olaraq qəti deyil.

Emil Nağızadə

13:36 19.12.2024

Oxunuş sayı: 5530

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR