"ChatGPT" artıq "WhatsApp"-da
"OpenAI", süni intellekt alətini "WhatsApp"-a inteqrasiya edərək istifadəçilər üçün yeni imkanlar yaradıb. ABŞ-da “1-800-CHATGPT” nömrəsi vasitəsilə əlçatan olan bu xidmət, istifadəçilərə "WhatsApp"-dan çıxmadan "ChatGPT" ilə yazılı və səsli ünsiyyət qurmaq imkanı təqdim edir.
Bu yenilik zəif internet olan ərazilərdə belə işləyir və aşağı məlumat istehlakı ilə seçilir. "WhatsApp"-ın böyük istifadəçi bazası ilə bu funksiya süni intellekti daha geniş auditoriyaya çatdıracaq. "OpenAI", bu inteqrasiyanı süni intellekt sahəsində mühüm bir addım kimi qiymətləndirir.
Necə istifadə etməli?
"ChatGPT"-nin nömrəsini kontakt siyahınıza əlavə edin, "WhatsApp"-da yeni söhbət yaradın və ünsiyyətə başlayın.
Emil Bağızadə
07:33 19.12.2024
Oxunuş sayı: 11002