Texnologiya

"Google"dan yeni süni intellekt modeli

Google yeni süni intellekt modeli "Gemini 2.0"-ı təqdim etdi. Bu model həm səs, həm də görüntü yarada bilir və multimodal imkanları ilə seçilir. "Gemini 1.5"-dən 10 ay sonra təqdim edilən bu model daha inkişaf etmiş xüsusiyyətlərə sahibdir.

Yeni modelin ən böyük üstünlüyü səs və görüntü yaratmaq bacarığıdır. Bundan əlavə, "Google Axtarış" və "Xəritələr" kimi proqramlardan birbaşa istifadə etmək mümkündür. Model hazırda sınaq mərhələsindədir və yaxın gələcəkdə istifadəçilərə daha çox imkan təqdim edəcəyi gözlənilir.

Bundan əvvəl Google, süni intellekt əsasında işləyən "Project Astra" robotunu təqdim etmişdi. Bu robot obyektləri tanımaq, istiqamət tapmaq və itmiş əşyaları tapmaq kimi bacarıqlara malikdir. Şirkətin rəhbərlərindən biri olan Demis Hassabis, "Gemini 2.0"-ın bu bacarıqları daha da inkişaf etdirəcəyini və 2025-ci ildə süni intellekt əsaslı köməkçi texnologiyaların geniş yayılacağını bildirib.

"Gemini 2.0" modelinin aşağı gecikmə müddətinə malik xüsusi versiyası – "Gemini 2.0 Flash" da istifadəyə verilib. İstifadəçilər bu versiyadan masaüstü cihazlarda istifadə edə bilərlər.

Bununla yanaşı, Google yeni bir Chrome əlavəsi olan "Project Mariner"-i də təqdim edib. Bu əlavə brauzer istifadəsini asanlaşdırır. Həmçinin, proqramlardakı səhvləri tapıb düzəltmək üçün "Jules" adlı bir köməkçi və video oyunlarını daha yaxşı oynamağa dəstək olan yeni bir süni intellekt köməkçisi də istifadəyə verilib.

Sevinc Abuşova

06:07 14.12.2024

Oxunuş sayı: 6836

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR