İran ətrafında nə baş verir?- ABŞ Çindən çəkinir
ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik hələ də səngimir. Hərbi böhranın müəyyən mərhələdə atəşkəslə nəticələnməsinə baxmayaraq, tərəflər arasında diplomatik danışıqlarda ciddi irəliləyiş qeydə alınmır. Regionda vəziyyətin necə inkişaf edəcəyi isə sual doğurur.

Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə ABŞ-İran münasibətlərini şərh edib: "ABŞ və İran arasında gərginlik, hərbi böhran atəşkəslə nəticələnsə də, göründüyü kimi, danışıqlar masasında hər hansı bir irəliləyiş yoxdur. ABŞ İrana qarşı təzyiqləri artırır. Bu müstəvidə Hörmüz boğazına blokada tətbiq etməklə İran gəmilərinin giriş-çıxışına, rüsum ödəyən gəmilərə qarşı sərt tədbirlər görəcəyini deyir. Amma göründüyü kimi, Çin və İran gəmiləri də keçir. ABŞ hər hansı təzyiqə əl atmır".
Şərhçi hesab edir ki, ABŞ Çindən çəkinir: "Çünki Çin gəmisinə zərbə vurulması ABŞ-Çin arasında müharibəyə gətirib çıxara bilər. Düşünmürəm ki, ABŞ digər gəmilərə qarşı silahdan istifadə etsin. Təbii ki, İran hərbi donanması sıradan çıxarılıb. Xırda katerlər qarşı əməliyyatlar keçirilmir. Gərginlik üst səviyyədədir. ABŞ geri çəkilməyəcək. İran ətrafında silahlı qüvvələr yığmaqdadır".
Fatimə
19:01 15.04.2026
Oxunuş sayı: 108