Allahşükür Paşazadə regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb.
Crossmedia.az xəbər verir ki, QMİ sədri bu barədə bayram namazından sonra jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, prosesdə xalq əziyyət çəkir:
" Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya dilinə verməlidir.
Düşünürəm ki, müəyyən razılığa gələcəklər, amma o vaxtacan insanlar əziyyət çəkəcək. Ona görə, çağırışım odur ki, müharibəni bitirib, danışıqlar masasına otursunlar. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdır. Çünki bu cür qarşıdurmaların sonu yoxdur. Nə qədər tez dialoqa başlansa, bir o qədər yaxşı nəticə əldə etmək mümkün olacaqdır".
09:38 20.03.2026
Oxunuş sayı: 40